SİYASƏT


Səməd Seyidov: Məruzələr ölkələrə təzyiq göstərmək üçün siyasi vasitəyə çevrilir

Məruzəçiyə ikiqat təşəkkür etmək istərdim. Birincisi, bütün ölkələri, xüsusilə də Avropa Şurasına üzv olan ölkələri əhatə edən cinayətkarlıq, çirkli pulların yuyulması, qeyri-qanuni iqtisadi fəaliyyətlərə qarşı mübarizə aparmaq kimi vacib məsələ ilə bağlı məruzə hazırlayıb. İkinci təşəkkürüm isə məruzənin tərtibatına görədir. Cinayətkarlığa qarşı mübarizə elə təqdim olunub ki, onu siyasiləşdirmək, ona siyasi don geyindirərək ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək mümkünlüyü verilib.