MƏDƏNİYYƏT


Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb

Tədbirdə azərbaycanlı rəssam Gülnarə Muxtarova Pamuk və türk rəssam Ahmet Rüştünün əsərləri sərgilənib.

Tədbirə ümumilikdə 32 rəsm əsəri təqdim olunub. Azərbaycanlı rəssamın 17 əsərində “Xocalı soyqırımı”, “Çanaqqala döyüşü”, “Ananın duası”, “Qardaşlıq”, “Bakının təsviri”, “Azərbaycan”, türk rəssamın isə 15 əsərində sosial qeyri bərabərlik mövzuları yer alıb.