Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq yazıçısı Elmira Axundovanın ulu öndər Heydər Əliyev haqqında üçcildliyinin Ankarada təqdimatı olub

17.04.2019 [10:40]

Xəbərin mətni

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş “Heydər Əliyev: Şəxsiyyət və zaman”, “Heydər Əliyev: Kremldə beş il” və “Heydər Əliyev: Qayıdış” üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirilib.