SİYASƏT


Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Aprelin 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti aviasiya təmiri zavodunda olub. Müdafiə nazirinə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub.