SİYASƏT


Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib

Aprelin 19-da Vyetnam Sosialist Respublikasının Baş naziri Nguyen Xuan Phuk AZƏRTAC-ın sədrlik etdiyi Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Baş nazir təşkilatın regionun informasiya məkanında önəmini vurğulayıb.