Qazaxıstanda avtobus qəzası: 11 ölü, 29 yaralı
20.04.2019 [17:18]
Xəbərin mətni
Aprelin 20-də səhər saatlarında Qazaxıstanın Cambul vilayətinin Korday rayonunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin 11-i Özbəkistan vətəndaşıdır. Hadisə nəticəsində 29 nəfər də xəsarət alıb.
AZƏRTAC Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avtobus Almatı-Daşkənd magistral yolunun 181-ci kilometrliyində yol kənarında dayanan yük maşınına çırpılıb.