SİYASƏT


Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub

Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bu gün Türkiyə Böyük Millət Məclisinin 99-cu ildönümünün qeyd olunduğunu vurğulayıb. TBMM 1920-ci il aprelin 23-də Ankarada fəaliyyətə başlayıb. Bu tarix həm də Uşaq Bayramı Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.