DÜNYA


CAR-da leysan yağışları nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb

Cənubi Afrika Respublikasının şərqində yerləşən Kvazulu-Natal əyalətində leysan yağışları nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb.

AZƏRTAC SABC News telekanalına istinadla xəbər verir ki, güclü yağış ölkənin şərqində yolları dağıdıb, infrastruktura zərər vurub, evləri su altında qoyub. Hazırda əyalətdə xilasetmə işləri davam edir.