Şri-Lanka prezidenti müdafiə nazirini və polis rəhbərini istefa verməyə çağırıb
24.04.2019 [16:22]
Xəbərin mətni
Şri-Lanka Prezidenti Maytripala Sirisena müdafiə nazirini və baş polis müfəttişini istefa verməyə çağırıb. AZƏRTAC News 1st portalına istinadla xəbər verir ki, informasiya hələ rəsmən təsdiq olunmayıb. Şri-Lanka prezidenti terror təhlükəsi barədə xəbərdarlığa baxmayaraq hücumların qarşısının alınması istiqamətində lazımi tədbirlər görülmədiyi üçün güc strukturlarında əsaslı dəyişiklik aparmağı və xüsusi xidmət orqanlarında sərt tədbirlər görməyi vəd edib.