İDMAN


Nazir Azad Rəhimov Formula 1 SOCAR Qran-Prisi ərəfəsində jurnalistlərlə görüşüb

Azərbaycan dördüncü dəfə Formula 1 yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 rəhbərliyi ilə yeni müqavilə imzalanıb. Yarışın trasında heç bir dəyişiklik nəzərdə tutulmayıb. Əyləncə proqramında isə məşhur müğənnilər iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 24-də jurnalistlərlə görüşən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.