Azərbaycan Prezidenti İlham Əliyev "China Poly Group" Korporasiyasının sədri ilə görüşüb
25.04.2019 [14:14]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində "China Poly Group" Korporasiyasının sədri Su Nianşa ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, korporasiyanın sədri Su Nianşa Dünya İqtisadi Forumu çərçivəsində Davosda Azərbaycan Prezidenti ilə görüşünü xatırlayaraq bu görüşün onda böyük təəssürat yaratdığını bildirdi.