Şri-Lankanın katolik kilsələri sabitlik yarananadək bağlı qalacaq
25.04.2019 [16:08]
Xəbərin mətni
Ölkədə təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşana qədər qədər Şri-Lankanın katolik kilsələri bağlı qalacaq.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar təhlükəsizlik xidmətlərinin tövsiyəsinə əsasən çıxarılıb. Yerli məbədlərin birinin nümayəndəsi deyib ki, kilsələr bağlanacaq və növbəti göstərişə qədər mərasimlər keçirilməyəcək.