SİYASƏT


Cəbhəboyu zonada tikintisi davam etdirilən hərbi obyektlərdə inşaat işlərinin gedişi yoxlanılıb

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, şəxsi heyətin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olub.