Prezident İlham Əliyev Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrini qəbul edib
29.04.2019 [17:28]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.