DÜNYA


Moskvada təyyarə yana-yana eniş edib - Azı 13 nəfər həlak olub

Moskvanın Şeremetyevo hava limanında “Moskva – Murmansk” reysi ilə hərəkət edən sərnişin təyyarəsi yanmağa başlayıb. TASS agentliyinin məlumatına görə, Sukhoi Superjet 100 təyyarəsi havaya qalxdıqdan sonra geri qayıtmalı olub. Təyyarə artıq yerə enərkən alovlar içində olub. Eniş zamanı layner çırpılıb. Hadisədə azı 13 nəfərin həlak olduğu, 6 nəfərin yaralandığı bildirilir. Təyyarədə 78 sərnişin və ekipaj üzvü olub. İlkin səbəb kimi ildırım vurması göstərilir.