RƏSMİ


Prezident İlham Əliyev “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, Oleq Belozyorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi.