Avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirilib
10.05.2019 [17:51]
Xəbərin mətni
Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən avtomobil yolları boyunca yaşıllaşdırma istiqamətində mühüm addımlar atılır, yeni yaşıllıqlar salınır.
AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə agentlik tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə avtomobil yollarının kənarlarında ağacəkmə aksiyaları keçirilib.