RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Belçikalıların Kralı Filip ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşü olub.

Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi.