Yeniyetmə güləşçilərimiz Avropa çempionatına hazırlaşırlar
21.05.2019 [12:47]
Xəbərin mətni
Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan milli komandaları qarşıdakı mötəbər yarışlara Xaçmaz Olimpiya İdman Kompleksində hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim-məşq toplanışı iyunda İtaliyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.
Mayın 30-dək davam edəcək toplanışa 50-yə yaxın idmançı cəlb olunub.