İDMAN


Tokioda yoşinkan aykido turnirində Azərbaycan idmançıları da iştirak edirlər

Tokioda “Ryu World Aikido” Federasiyasi tərəfindən təşkil olunan 29-cu beynəlxalq yoşinkan aykido turnirində Azərbaycan idmançıları da iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, bu mötəbər turnirdə Azərbaycanı dördüncü dan qara kəmər ustası Atil Ağamirov və üçüncü dan qara kəmər ustası Ülvi Ağamirov təmsil edirlər.

Yoşinkan aykido Yaponiya ilə yanaşı, ABŞ, Kanada, Bolqarıstan, Filippin və digər ölkələrdə də populyar idman növlərindən sayılır. İdmanın bu növü ilə əsasən hüquq-mühafizə orqanlarının əməkdaşları məşğul olurlar.