SİYASƏT


Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı təqdim olunub

Londonda “Senate Publishing” çap evində nəşr edilən “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Böyük Britaniya Birləşmiş Krallığının Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniyanın Lordlar Palatasının üzvləri, BP və SOCAR rəsmiləri, Azərbaycanın Böyük Britaniyadakı səfiri, Birləşmiş Krallığın Azərbaycandakı səfiri, diplomatik korpusların nümayəndələri iştirak ediblər.