SİYASƏT


Azərbaycan Ordusunun helikopterləri Türkiyədə tapşırıqlar icra edib

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin sonuncu günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Beynəlxalq təlimlərə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60-a yaxın hərbi qulluqçusu qatılıb.