RƏSMİ


Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin regionlardan başlamasının qonaqların Azərbaycan haqqında daha geniş məlumata malik olmaları üçün yaxşı imkan yaratdığını bildirdi. İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelin Azərbaycana ilk səfərini xatırlayaraq, bunu əlaqələrimizin inkişafında tarixi hadisə kimi dəyərləndirdi və səfərin çox uğurla keçdiyini qeyd etdi.