İDMAN


UAL Final-2019: Azarkeşlər üçün videobələdçi

Mayın 24-də UEFA və AFFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar azarkeşlər üçün videobələdçi yayımlayıblar.

AZƏRTAC xəbər verir ki, videobələdçidə oyunu stadionda izləyəcək azarkeşlər üçün zəruri məlumatlar təqdim edilib.

Qeyd olunub ki, elektron qaydada alınmış biletlərin qarşılaşmaya bir həftə qalmış telefonlara göndərilməsinə başlanılıb. Biletləri qəbul etmək üçün uefa.com saytından xüsusi tətbiq telefonlara yüklənməlidir.