FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
24.05.2019 [13:27]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.