Erməni əsilli gimnastlar: Bakı gözəl şəhərdir, insanlar çox ünsiyyətcil və həyatsevərdirlər
24.05.2019 [14:34]
Xəbərin mətni
Mayın 24-də Bakıda, Milli Gimnastika Arenasında start götürən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının iştirakçıları arasında Rusiyanı təmsil edən erməni əsilli Qarsevan Canasyan və Duxik Canasyan da var.
AZƏRTAC xəbər verir ki, bacı-qardaş olan gimnastlar Bakıda jurnalistlərə açıqlamalarında ölkəmizdə heç bir təzyiqlə üzləşmədiklərini bildiriblər.