Luiş Fiqu: Bakıda möhtəşəm final oyununu qaçırmayın
24.05.2019 [15:59]
Xəbərin mətni
UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar bir sıra tanınmış şəxslər, futbolçular bu böyük oyunu səbirsizliklə gözlədiklərini sosial şəbəkələr vasitəsilə bildirirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə bir çağırışı tanınmış futbolçu, Portuqaliya millisinin və “Real Madrid” klubunun sabiq yarımmüdafiəçisi Luiş Fiqu verib.