İDMAN


“Arsenal” və “Çelsi” final öncəsi sonuncu məşqlərini başa vurublar

Mayın 28-də Bakı Olimpiya Stadionunda final öncəsi “Arsenal” və “Çelsi” klubları sonuncu məşqlərin başa vurublar.

Hər iki komandanın futbolçuları bir sıra hərəkətlər üzrə tapşırıqları yerinə yetiriblər. Məşq prosesi yerli və əcnəbi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının final matçında “Arsenal” klubu “Çelsi” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.