Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pekində 28 May Respublika günü qeyd olunub

29.05.2019 [11:10]

Xəbərin mətni

Azərbaycanın Çindəki səfirliyi 28 May - Respublika Günü və diplomatik orqanların yaradılmasının 100 illiyi münasibətilə Pekində rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov 1918-ci il mayın 28-də qurulan və müsəlman dünyasında ilk parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətçilik tariximizdə xüsusi yer tutduğunu deyib.