Respublika Günü Belqradda qeyd olunub
01.06.2019 [12:27]
Xəbərin mətni
Tədbirdə Serbiya parlamentinin sədri xanım Maya Qoykoviç, parlamentinin sədr müavini Vladimir Marinkoviç, digər yüksək rütbəli dövlət və hökumət rəsmiləri, deputatlar, siyasi partiyaların rəhbərləri, elm, incəsənət və din xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.