RƏSMİ


Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon Azərbaycanda fəaliyyət müddətinin başa çatdığını qeyd edərək, ötən dövr ərzində ölkəmizlə təmsil etdiyi qurumun səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğuladı.