SİYASƏT


Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi Vaşinqtonda təntənəli şəkildə qeyd olunub

Vaşinqtondakı tarixi və mötəbər “Endryu Melon Auditorium”da 28 May – Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100 illiyi münasibətilə təntənəli ziyafət təşkil edilib.

Səfir Elin Süleymanov çıxış edərək 2019-cu ildə müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünün qeyd olunduğunu, Cümhuriyyətin qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqı üçün zəngin irs və gələcəyə yönəlik arzular yaratdığını və bunun əsasında 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini vurğulayıb.