5 km-dən uzun dövlət bayrağı ilə sərhədçi yürüşü
13.06.2019 [14:55]
Xəbərin mətni
Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.
Dovlət Sərhəd Xidməti tərəfindən bu münasibətlə “Vətənə xidmət - andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.
Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıblar.