Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusunun “Ən yaxşı topoqraf”ı müəyyənləşib

13.06.2019 [15:15]

Xəbərin mətni

Bu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri arasında “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI