SİYASƏT


Bakıda Azərbaycan və Böyük Britaniya hərbi orkestrlərinin birgə nümunəvi çıxışları olub

İyunun 13-də Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramını Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts və digər şəxslər izləyiblər.

Orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan, ingilis və dünya bəstəkarlarının tanınmış müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.