İDMAN


İdmançılarımız Minskdə keçiriləcək II Avropa oyunlarına yola salınıb

İdmançılarımız və Azərbaycan nümayəndə heyəti Minskdə keçiriləcək II Avropa Oyunlarına yola salınıb. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV nümayəndələri iştirak ediblər.