CƏMİYYƏT


Ceyranların evi – Şirvan Milli Parkına ekskursiya

Şirvan Milli Parkı 2003-cü ildə yaradılıb. 65 min hektar ərazisi olan Milli Park Bakının Qaradağ rayonu, eləcə də, Salyan və Neftçala rayonlarının inzibati ərazilərini əhatə edir. Ərazidə Şirvan Dövlət Təbiət Qoruğu və Bəndovan Dövlət Təbiət Yasaqlığı da yerləşir. Şirvan Milli Parkının yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, adları “Qırmızı kitab”a düşən ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.