SİYASƏT


AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb

Avropa Şurası Parlament Assambleyası çərçivəsində qaçqın, məcburi köçkün və itkin düşmüş insanların taleyi ilə bağlı dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmələr Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin qurumun “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə hazırlıq çərçivəsində təşkil olunub. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda qaçqın və məcburi köçkünlərin, eləcə də itkin düşmüş insanların taleyinə dair müzakirələr aparılıb.