SİYASƏT


AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Avropa Şurası yanında daimi nümayəndəliyimizin və AŞPA-dakı nümayəndə heyətimizin birgə təşkilatçılığı ilə «Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti təşkilatları və Azərbaycan hökuməti nümayəndələrinə ölkəmizdə davam edən islahatlara dair müvafiq perspektivləri bölüşmək imkanı yaradıb. İştirakçılara penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı haqqında ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır