Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan nümayəndə heyəti hələ də ağı qaradan ayırmağı bacarmır

05.07.2019 [19:05]

Xəbərin mətni

Lüksemburqda, ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin iclasında ermənistanlı deputat Ani Samsonyan bu yaxınlarda UEFA Kubokunun finalının Ermənistan tərəfindən siyasiləşdirilməsi cəhdini tamamilə yersiz nümunə gətirməklə, “idmanda insan hüquqları” məsələsini qaldırıb. Xatırladaq ki, Yerevanda işlənib hazırlanmış ssenariyə görə erməni mənşəli futbolçu Henrix Mxitaryan UEFA Kubokunun finalında iştirak etməkdən boyun qaçırıb.