Qusarda yeni elektron ATS quraşdırılıb
05.07.2019 [19:42]
Xəbərin mətni
Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, həmçinin internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə yeni, müasir avadanlıqlar quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Aztelekom” MMC tərəfindən Qusar rayonunun indiyədək telefonlaşmayan Aşağı İmamqulu kəndində quraşdırılan 160 nömrəlik yeni elektron ATS yaxın günlərdə istifadəyə veriləcək. Elektron ATS-ə 4 min 500 metr uzunluğunda fiber-optik kabel çəkilir. Yeni ATS vasitəsilə qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa ATS-in tutumu 512 nömrəyədək artırılacaq.