Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəlişlər qəbul olunub

08.07.2019 [09:45]

Xəbərin mətni

Lüksemburqda keçirilən ATƏT PA-nın plenar iclasında yekun qətnamənin əlavə maddələri üzrə təklif olunan düzəlişlər dinlənilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin təklif etdiyi bütün düzəlişlər ATƏT PA-nın deputatları tərəfindən yekdilliklə qəbul olunub.