Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu yenidən qurulur

10.07.2019 [12:06]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min poqonmetr uzunluğunda küvetlərin açılması, müxtəlif diametrlərə malik 264 poqonmetrlik suötürücü dəmir-beton boruların quraşdırılması və izolyasiyası aparılır. Daha sonra yol əsasının tikintisi işləri görüləcək və yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində tikinti işləri 200 min kvadratmetr sahəni əhatə edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI