İQTİSADİYYAT


Şaftalının satış qiyməti xaçmazlı təsərrüfatçıları qane edir

Xaçmazın şaftalı bağlarında məhsul yığımının ən qızğın çağıdır. Təsərrüfatçılar iyulun ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mövsüm bağlarda məhsuldarlıq yüksəkdir. Hazırda şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.