Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin ATƏT PA-da nümayəndə heyəti Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub

11.07.2019 [12:51]

Xəbərin mətni

Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 28-ci sessiyasının işində iştirak etmiş Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Lüksemburqda “Qarabağ” Azərbaycan-Lüksemburq Mədəniyyət Assosiasiyasında olub. Xatırladaq ki, vitse-spiker Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar Azay Quliyev, Tahir Mirkişili, Ülviyyə Ağayeva, Kamran Nəbizadə və Elşad Həsənov daxildir.