Boyat-Biləyən-Hacılar-Qaraxanlı yolu yenidən qurulur
11.07.2019 [15:47]
Xəbərin mətni
Yerli əhəmiyyətli yolların əsaslı şəkildə təmiri layihələri çərçivəsində Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulur. Layihəyə uyğun olaraq, yol bir neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu, 4,2 kilometr Boyat, 4 kilometr Qaraxanlı və 3,1 kilometr uzunluğa malik Hacılar kəndlərinə gedən və kəndlərin daxili avtomobil yolları, həmçinin uzunluğu 6,7 kilometr olan Biləyən kəndinin yoludur. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb.