İQTİSADİYYAT


Cənub bölgəsində ilk dəfə əkilən tritikale buğda sortu yüksək məhsuldarlıq verir

Kənd təsərrüfatında yenilikləri ilə həmişə diqqəti cəlb edən “Yaşıl çay” fermer təsərrüfatı bu dəfə də ilkə imza atıb. Cənub bölgəsində ilk dəfə tritikale buğda sortu əkən təsərrüfatda biçin yekunlaşmaq üzrədir. 2018-ci ildə təsərrüfatında sınaq məqsədi ilə bir hektarda tritikale əkən fermer Araz Yağubov bu il 16 hektar, növbəti illərdə isə 50 hektar yeni buğda sortu becərmək niyyətdindədir.