Xaçmaz pomidoru Bakı bazarlarına çıxdıqdan sonra qiymət ucuzlaşacaq
18.07.2019 [15:03]
Xəbərin mətni
Xaçmazın pomidor sahələrində bol məhsul yetişib. Rayonda becərilən pomidor bir həftə ərzində kütləvi halda Bakının və digər bölgələrin bazarlarına çıxarılacaq. Bundan sonra paytaxt bazarlarında pomidorun qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi gözlənilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.