RƏSMİ


Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirdi. Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu dedi.