CƏMİYYƏT


Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır

Uzunluğu 72 kilometr olan Cəlilabad-Yardımlı avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yolun 37 kilometrlik hissəsi tam yeni və müasir görkəmdə istifadəyə verilib. Altmış mindən çox əhalinin yaşadığı 59 yaşayış məntəqəsini birləşdirən yol 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Hazırda həmin avtomobil yolunun Cəlilabad rayonu ərazisinə düşən 35 kilometrlik hissəsində təmir işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır